"Arsenal"da ciddi itki - Mövsümü bağladı
"Arsenal"ın futbolçusu Mikel Merino ciddi zədələnib.
Sportline.az xəbər verir ki, ispaniyalı oyunçu mövsümün geri qalan hissəsində komandasına kömək edə bilməyəcək.
"Marca"nın yaydığı məlumata görə, Merino Dünya Çempionatında belə iştirak etməyə bilər.
Qeyd edək ki, M.Merino cari mövsüm meydana çıxdığı 33 matçda 6 qol, 3 asistlə yadda qalıb.