"Arsenal"da yanvar ayında ayrılıq yaşana bilər

"Arsenal"ın sol cinah müdafiəçisi Mayles Luyis-Skelli yanvar ayında komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Vest Hem Yunayted", "Fulhem", "Everton" və "Nottingem Forest" 19 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.

M.Luyis Skelli bu mövsüm 12 rəsmi matçda iştirak edib. Aktivində 3 məhsuldar ötürmə var.

Qeyd edək ki, gənc oyunçunun dəyəri 45 milyon avrodur.