"Arsenal"da yeni müqavilə
"Arsenal" futbolçusu Kiran Tirni ilə müqavilənin müddətini uzadıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə uzunmüddətli yeni müqavilə imzalanıb.
Qeyd edək ki, K.Tirni 2019-cu ildə "Seltik"dən London təmsilçisinə keçib. O, ötən mövsüm Premyer Liqada meydana çıxdığı 27 oyunda 1 qol vurub, 3 qolun ötürməsini verib.