"Arsenal"dan 100 milyon avroluq transfer
"Arsenal "Napoli"nin yarımmüdafiəçisi Skout Maktomineyi heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
İtaliya klubu sözügedən futbolçu üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, Maktominey bu mövsüm meydana çıxdığı 34 matçda 10 qol, 4 asistlə yadda qalıb.