“Arsenal”dan Kenan Yıldız həmləsi

“Arsenal” “Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldızı heyətə qatmaq üçün hərəkətə keçib.

Sportline.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “topçular” Kenan üçün Turin klubuna 70 milyon avro təklif etsələr də, qarşı tərəf bunu qəbul etməyib.

“Yuventus” 20 yaşlı sol cinah vingerini satmaq fikrində deyil.

Qeyd edək ki, K.Yıldız bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 8 qol, 7 asistlə yadda qalıb.