"Arsenal"dan vacib qələbə
İngiltərə Premyer Liqasında 37-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, çemponluq uğrunda mübarizə aparan “Arsenal” üçün bu görüşdə qazanılacaq qələbə olduqca vacib əhəmiyyət daşıyırdı. Rəqibi ilk dəqiqələrdən öz qapısına sıxışdıran topçular hissənin sonlarında sərrast atəşlə Börnlünün müqavimətini qırıblar. Bukayo Sakanın ötürməsini Kay Haverts dəqiq zərbə ilə tamamlayıb. 1-0. Qalan vaxtda da üstünlük meydan sahiblərinin tərəfində olub. Mikel Artetanın komandası daha bir neçə əlverişli fürsət yaxalasa da, fərqi artıra bilməyib. Nəticədə 1-0 hesabı ilə qalib gələn “Arsenal” aktivinə 82-ci xalı yazdırıb.
İndi topçular sona 1 tur qalmış, bir oyun az keçirən Mançester Sitini 5 xal qabaqlayırlar. Mançesterlilər bu gecə Bornmutun qonağı olacaqlar.
"Arsenal" - "Börnli" 1:0
Qol: Haverts 37