"Arsenal"dan yeni həmlə
"Arsenal" "Vasko de Qama"nın futbolçusu Rayanı transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "Globe Esporte" nəşri məlumat yayıb.
19 yaşlı sağ cinah vingerinin dəyəri 18 milyon avrodur.
Qeyd edək ki, Rayan "Vasko de Qama" klubu ilə sözləşməsi 2026-cı ilin dekabr ayına qədərdir.