"Arsenal"ın Kunya israrı davam edir

"Arsenal" klubu "Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunyanı transfer siyahısına əlavə edib.

Sportline.az "Tele Football"a istinadən xəbər verir ki, Mateus Kunya "Arsenal"da çıxış etmək istəyir.

Baş məşqçi Mikel Arteta 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, M.Kunya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 10 qol və 4 asistlə yadda qalıb.

Kunyanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 50 milyon avrodur.

Təcrübəli futbolçunun "Vulverhempton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.