"Arsenal"ın lider futbolçularından biri zədələnib

"Arsenal"ın müdafiəçisi Qabriel ən azı bir ay meydanlardan uzaq qalacaq, “Tottenhem” və “Çelsi” matçlarını buraxacaq.

Sportline.az xəbər verir ki, bu barədə nüfuzlu ESPN nəşri məlumat yayıb.

Braziliya millisinin üzvü şənbə günü Seneqalla keçirilən yoldaşlıq görüşünün ikinci hissəsində bud əzələsini zədələyib.

“Arsenal”ın həkim heyəti hazırda onun vəziyyətini qiymətləndirir, lakin ilkin diaqnoza görə, müdafiəçi təxminən dörd həftə sıradan çıxıb.

Sağalma prosesi gözləniləndən ləng gedərsə, bu müddət daha da uzana bilər.