"Real" və "Bavariya" qalib gəldi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Yarışın son qalibi - "Real" (Madrid) doğma meydanda "Napoli" ilə üz-üzə gələcək. Birincilər favorit hesab olunsalar da, İtaliya klubunun meydana məğlub olmaq üçün çıxamayacağı dəqiqdir.

Münhendə oynanılacaq digər görüşdə isə "Bavariya" "Arsenal"ı qəbul edəcək. "Topçular" cavab matçı üçün sərfəli nəticə qazanmaq, almanlar isə məsələni ilk oyundaca həll etmək niyyətindədirlər.


15 fevral 2017
Çempionlar Liqası, 1/8 final

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 5:1
QOLLAR:
Robben, 11 (1:0); Sançez, 30 (1:1); Levandovski, 53 (2:1); Alkantara, 56 (3:1); Alkantara, 63 (4:1); Müller, 88 (5:1)

Baş hakim: Milorad Majiç (Serbiya)
Münhen. "Münhen Arena”

“Real” (İspaniya) – “Napoli” (İtaliya) - 3:1
QOLLAR:
İnsinye, 8 (0:1); Benzema, 18 (1:1); Kroos, 49 (2:1); Kasemiro, 54 (3:1)

Baş hakim: Damir Skomina (Sloveniya)
Madrid. "Santyaqo Bernabeu”