"Arsenal"ın qış planı

"Arsenal" yanvar ayında "Yuventus"un ulduzu Kenan Yıldızı transfer etməyə çalışır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Cianni Balzarini məlumat yayıb.

20 yaşlı sol cinah vingerinin transfer qiyməti 85 milyon avrodur. "Topçular" bu məbləği Turin klubuna ödəməyə hazırdır.

Qeyd edək ki, Türkiyə millisinin üzvünün "qoca sinyora" ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.