"Arsenal"ın Rodriqo israrı davam edir
"Arsenal" "Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqonu transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, London klubu 24 yaşlı futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Times Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Madrid klubunun çalışdırıcısı Xabi Alonso Rodriqonun klubdan ayrılmasına qarşıdır.