“Arsenal”ın Rodriqo sevdası
"Arsenal" yanvar ayında "Real Madrid"in brazilyalı futbolçusu Rodriqonu transfer etməkdə israrlıdır.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, London klubu oyunçunun meneceri ilə təmas halındadır.
24 yaşlı sağ cinah vingeri "los blankos"dan ayrılmağa qərar verib.
Lakin son qərarı "Real"ın rəhbərliyi verəcək.
Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 1 qol, 3 asistlə yadda qalıb.