"Arsenal"ın Tonali sevdası

"Arsenal" "Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.

İtaliya millisinin üzvünün transfer qiyməti 80 milyon avrodur.

Qeyd edək ki, S.Tonali cari mövsüm meydana çıxdığı 36 matçda 5 asistlə yadda qalıb.