"Arsenal" məşhur futbolçunu hədəfləyib

"Arsenal"ın növbəti mövsüm üçün əsas transfer məqsədi müəyyənləşib.

Sportline.az xəbər verir ki, London klubu "Leypziq"in futbolçusu Benjamin Şeşkonu heyətinə qatmaq istəyir. Bu barədə "El Nacional" xəbər yayıb.

"Topçular" 21 yaşlı forvardı yay transfer pəncərəsi zamanı komandalarına cəlb etmək üçün səylərini artıracaq.

Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib.

Slovakiya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin tərkibində iştirak etdiyi 40 rəsmi oyunda 19 qol və 6 asistlə diqqət çəkib.