Asensio “Fənərbağça”da qalacaq
"Fənərbağça" klubu "Vilyarreal"ın maraq dairəsində olan Marko Asensio ilə bağlı yekun qərarını verib.
Sportline.az xəbər verir ki, Super Liqa təmsilçisi ispaniyalı futbolçunu satışa çıxarmaq niyyətində deyil. Bu barədə "Sözcü" nəşri xəbər yayıb.
Klub rəhbərliyi Asensionun müqavilə müddətini artırmağı düşünür.
30 yaşlı hücumameyilli yarımmüdafiəçiyə kapitanlıq sarğısının verilməsi ehtimalı da nəzərdən keçirilir.