Asensio "Fənərbağça"dan ayrıla bilər - İspaniya klubundan təklif var

"Fənərbağça"nın ulduzu Marko Asensio yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, İspaniyanın köklü klublarından olan "Sevilya" 30 yaşlı futbolçuya elçi düşüb.

Bu haqda "Marca" nəşri məlumat yayıb.

Qeyd edək ki, Asensio "Fənərbağça"ya ötən ilin yayında "Paris Sen-Jermen"dən 7.5 milyon avro qarşılığında transfer olunmuşdu.

Sözügedən oyunçu hazırda "Fənərbağça" azarkeşlərinin ən sevimli futbolçusudur. Bu səbəbdən rəhbərlik Asensionu klubdan ayrılmasını istəmir.