Asensio iki həftədə 6 kiloqram çəki itirib
"Real Madrid”in müdafiəçisi Raul Asensio bir həftədir davam edən qastroenteritdən hələ də tam sağalmayıb.
Sportline.az xəbər verir ki, ispaniyalı mərkəz müdafiəçisi xəstəliyə səbəb olan virusu müəyyənləşdirmək üçün xəstəxanada müalicəsini davam etdirir.
Bildirilir ki, Asensio son iki həftədə 6 kiloqram çəki itirib.
Artıq bu həftə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya” qarşı matçı buraxan futbolçu, həmçinin çərşənbə axşamı “Alaves”ə qarşı La Liqa oyununda da iştirak etməyəcək.
Bu arada “Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa müdafiənin mərkəzində Eder Militao, Antonio Rüdiger və Din Höysenə güvənəcək.