Aşağı liqaya düşən "Olimpiakos"a "qorxaq toyuq" mesajı

Basketbol üzrə Yunanıstanın Liqasının pley-ofu qalmaqalla yadda qalıb.

Sportline.az xəbər verir ki, liqanın ən böyük derbisi sayılan "Panatinaikos" - "Olimpiakos" matçı keçirilməyib.

Buna səbəb isə qonaqların müntəzəm çempionatın son turlarındakı oyunlarına etiraz etmələri olub. Görüşə çıxmayan"Olimpiakos" komandası avtomatik olaraq aşağı liqaya düşüb.

Meydan sahibləri boş tribunalara toyuq qoyaraq əzəli rəqiblərini "qorxaq toyuq" adlandırıb.