ASTF "III MDB Oyunları"nda uğurla çıxış edən idmançıları mükafatlandırıb

Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova bu gün "III MDB Oyunları"nda uğurlu çıxış edən idmançılarla görüşüb.

Sportline.az xəbər verir ki, seçmə komandanın məşqçi heyətinin də qatıldığı tədbirdə stolustü tennisçiləri yüksək nəticələr münasibəti ilə təbrik edən federasiya rəsmiləri onlara gələcək yarışlarda da uğurlar arzulayıb, lazımi təklif və tövsiyyələrini veriblər.

Ardınca, III MDB Oyunlarında ölkəmizi layiqincə təmsil edən stolüstü tennisçilər və məşqçilərə, həmçinin, federasiya nümayəndələrinə ASTF-nin təşəkkürnaməsi, hədiyyə və mükafatı təqdim olunub.

Qeyd edək ki, stolüstü tennisçilər sözügedən beynəlxalq yarışda 6 gümüş, 3 bürünc medal qazanıblar.