"Aston Villa" 32 yaşlı futbolçusu ilə vidalaşa bilər

"Aston Villa" 32 yaşlı qapıçısı Emilyano Martinezlə yollarını ayırmağa hazırlaşır.

Sportline.az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu təcrübəli kiper üçün 40 milyon avro tələb edir.

 "Mançester Yunayted" Martinezi heyətinə qatmaq istəyir.

Lakin "qırmızı şeytanlar" bu keçid üçün 40 milyon avro ödəmək niyyətində deyil.

Qeyd edək ki, Martinezin özüdə Mançester klubuna keçməyə istəklidir.