"Aston Villa" "Bolonya"ya qarşı

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulur.

Sportline.az xəbər verir ki, "Aston Villa" öz meydanında "Bolonya" ilə qarşılaşacaq. İlk oyunda Birmingem klubu rəqibini 3-1 hesabı ilə məğlub etmişdi. 

Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Ceydon Sanço və Boubakar Kamaranın adı ilə bağlıdır.

"Bolonya"da isə itkilərin sayı daha çoxdur. Eyvind Helland, Tis Dallinqa, Çaralampos Likogiannis, Lukaş Skorupksi, Benya Domingez zədə, Con Lusimi cəza səbəbindən meydana çıxa bilməyəcək.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü ispaniyalı hakim Joze Sançes idarə edəcək.