“Aston Villa” brazilyalı forvardı transfer etmək istəyir
“Real Madrid”in brazilyalı hücumçusu Endrik “Aston Villa”nın maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, Birmingem klubu 19 yaşlı futbolçunu yanvar ayında icarə əsasında heyətinə qatmaq istəyir.
Bu haqda “Daily Star” nəşri məlumat yayıb.
Qeyd edək ki, Endrik cari mövsüm cəmi 1 rəsmi matçda iştirak edib.