“Aston Villa” bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır
“Aston Villa” qışda yeni forvard transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, əsas hədəf “Brenftord”un hücumçusu İqor Tiaqodur.
Birmingem klubu 24 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.
Bu haqda “Birmingham Live” nəşri məlumat yayıb.
Qeyd edək ki, İ.Tiaqo cari mövsüm meydana çıxdığı 14 matçda rəqib qapılarından 12 top keçirib.