“Aston Villa” bu gün “Makkabi Tel-Əviv”lə üz-üzə gələcək
UEFA Avropa Liqasının liqa mərhələsində 4-cü tura bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, “Aston Villa” doğma divarlar arasında “Makkabi Tel-Əviv”lə qarşılaşacaq.
Birmingem klubunda Andres Qarsiya, Emiliano Buendia və Yuri Tilemans oyunu kənardan izləməli olacaq.
“Makkabi Tel-Əviv”in isə görüşə optimal heyətlə çıxacağı gözlənilir.
Qeyd edək ki, “Aston Villa” – “Makkabi Tel-Əviv” matçı bu gün Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.