"Aston Villa" futbolçusuna yeni müqavilə təklif edib

"Aston Villa" şotlandiyalı futbolçusu Con Makgine yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

30 yaşlı futbolçunun transfer qiyməti 16 milyon avrodur.

Qeyd edək ki, Makginin hazırkı sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.