"Aston Villa" "Lill"ə qarşı
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulur.
Sportline.az xəbər verir ki, "Aston Villa" öz meydanında "Lill" klubu ilə üz-üzə gələcək. İlk oyun Birmingem klubunun 1-0 hesablı qələbəsi ilə nəticələnmişdi.
Unayi Emerinin komandasında Alisson Edvard, Emiliano Buendia, Metyu Keş, Boubakar Kamara və Yuri Tilemans zədəlidir.
Fransa təmsilçisində Usman Ture, Ethan Mbappe, Hamza İqamane və Osame Sahrayoi görüşün iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək.