"Aston Villa" "Lill"in qonağı olacaq

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, "Aston Villa" səfərdə "Lill" klubu ilə üz-üzə gələcək.

Fransa təmsilçisində Usman Ture, Ethan Mbappe, Hamza İqamane və Osame Sahraoui zədəlidir.

Unai Emerinin kollektivində Andres Qarsia, Boubakar Kamara, Harvi Elliot, Yuri Tilemans və Con Makgin zədədən əziyyət çəkir.

Qeyd edək ki, start fiti 21:45-də səslənəcək oyunu ispaniyalı hakim Joze Maria Sançes Martinez idarə edəcək.