“Aston Villa” “Nottingem”ə qarşı
UEFA Avropa Liqasında bu gün finalçılar müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, “Aston Villa” doğma meydanda “Nottingem Forest”lə qarşılaşacaq. İlk oyunda “Nottingem”in minimal hesablı üstünlüyü qeydə alınmışdı. 1-0.
Heyətlərə nəzər saldıqda Birmingem klubunda əsas itki Amadu Onana və Boubakar Kamaranın adı ilə bağlıdır.
Vitor Pereyranın komandasında isə itkilərin sayı kifayət qədərdir. Dan Ndoye, Murillo, Con Viktor, Nikolo Savona, Villi Boli, Zak Abbot, İbrahim Sanqare, Kallum Hodson Odoyi zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləcək Aston Villa” – “Nottingem Forest” görüşünü isveçli hakim Qlenn Niberq idarə edəcək.