"Aston Villa" "Nottingem"in futbolçusuna göz qoydu

"Aston Villa" "Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Vaytı heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

26 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avrodur.

Qeyd edək ki, M.Gibbs Vayt cari mövsüm meydana çıxdığı 34 matçda 7 qol, 4 asistlə yadda qalıb.