“Aston Villa” öz meydanında “Salzburq”la qarşılaşacaq.
UEFA Avropa Liqasının Liqa mərhələsinin sonuncu – 8-ci turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, Avropa Liqasının favoritlərindən sayılan “Aston Villa” öz meydanında “Salzburq”la üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda Birmingem klubunda əsas itki Yuri Tilemans və Con Makginin adı ilə bağlıdır.
Qonaqlarda isə Con Mellberq və Takumu Kavamura oyunun iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, “Aston Villa” – “Salzburq” görüşü bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq. Qarşılaşmanı norveçli hakim Rohit Saggi idarə edəcək.