“Aston Villa” Tilemansla bağlı qərar verib

“Aston Villa” belçikalı yarımmüdafiəçisi Yuri Tilemansla yeni müqavilə imzalamaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda “Football İnsider” nəşri məlumat yayıb.

28 yaşlı oyunçun Birmingem klubu ilə hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Tilemans 2023-cü ildən “Aston Villa”da çıxış edir.