“Aston Villa” ulduz futbolçusuna yeni müqavilə təklif edib

“Aston Villa” Morqan Rocerslə yola davam etmək qərarına gəlib.

Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, Birmingem təmsilçisi 23 yaşlı futbolçuya yeni müqavilə təklif edib.

M.Rocersin klubla hazırki sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü “Mançester Siti”nin yetirməsi sayılır.