"Aston Villa" və "Everton" transfer yarışına girib
"Nyukasl"ın forvardı Villiam Osula yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Aston Villa" və "Everton" sözügedən futbolçu ilə yaxından maraqlanır.
Bu haqda "Thei Paper Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, V.Osula cari mövsüm meydana çıxdığı 34 matçda 9 qol, 1 asistlə yadda qalıb.