"Aston Villa" və "Tottenhem" transfer yarışına girib

"Brentford"un brazilyalı forvardı İqor Tiaqo yanvar ayında komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Aston Villa" və "Tottenhem" sözügedən futbolçu ilə yaxından maraqlanır.

Bu haqda jurnalist Felipe Silva məlumat yayıb.

Qeyd edək ki, 24 yaşlı oyunçunun dəyəri 22 milyon avrodur.