"Aston Villa"da yeni müqavilə
"Aston Villa"nın polşalı sağ cinah müdafiəçisi Metyu Keş klubla 2029-cu ilin yayına qədər yeni müqavilə qol çəkib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
28 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.
Qeyd edək ki, M.Keş 2020-ci ildən Birmingem klubunda çıxış edir.