"Aston Villa"dan 50 milyon avroluq transfer
"Barselona"nın ispaniyalı futbolçusu Ferran Torres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" Ferran Toresi transfer etmək niyyətindədir.
Birmingem klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, F.Torres bu mövsüm çıxış etdiyi 36 matçda 16 qol və 4 asistlə yadda qalıb.