"Aston Villa"dan son qərar

"Aston Villa" ingiltərəli hücumameyilli yarımmüdafiəçisi Morqan Rocerslə bağlı son qərarını açıqlayıb.

Sportline.az xəbər verir ki, Birmingem klubu 23 yaşlı futbolçusunu satmaq niyyətində deyil.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Aston Villa" Rocersi klubunun gələcəyi olaraq görür.

O, cari mövsüm meydana çıxdığı 10 matçda 2 asistlə yadda qalıb.