"Aston Villa"dan yeni transfer

“Aston Villa” rəsmi saytında Braziliyanın “Qremio” klubundan hücumçu Alissonun transferini elan edib.

Sportline.az xəbər verir ki, "Transfermarkt" portalı 19 yaşlı futbolçunun bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.

“Aston Villa” braziliyalı gənc oyunçusu Alissonun “Qremio”dan transferini məmnuniyyətlə elan edir.

O, ötən mövsüm Braziliya çempionatında 34 oyunda meydana çıxaraq “Qremio”nun əsas heyət üzvlərindən birinə çevrilib.

Banner