"Aston Villa"nın yeni hədəfi

"Aston Villa"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az insayder Sebastian Denisin məlumatına istinadən xəbər verir ki, "Sevilya"nın fransalı futbolçusu Loiç Bade "Aston Villa"nın transfer hədəfinə çevrilib.

İspaniya klubu 24 yaşlı müdafiəçi üçün qarşı tərəfdən 30 milyon avro tələb edib.

Qeyd edək ki, Loiç Badenin "Sevilya" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.