"Aston Villa"ya geri qayıda bilər

"Barselona"da icarə əsasında çıxış edən Markus Reşford yenidən "Aston Villa" formasını geyinə bilər.

Sportline.az xəbər verir ki, Birmingem klubunun baş məşqçisi Unay Emeri ingiltərəli futbolçunu komandasında görmək istəyir.

Bu haqda nüfuzlu "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Reşford müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.

O, cari mövsüm "Barselona" forması ilə meydana çıxdığı 48 matçda 14 qol, 14 asistlə yadda qalıb.