"Atalanta" Skamakka ilə masaya oturacaq

"Atalanta" forvardı Cianluka Skamakkaya yeni müqavilə təklif edəcək.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.

27 yaşlı italiyalı oyunçu cari mövsüm meydana çıxdığı 25 oyunda rəqib qapısından 9 top keçirib.

Qeyd edək ki, C.Skamakkanın dəyəri 25 milyon avrodur.