"Atalanta" və "Komo" yarışa girib

"Az Alkmaar"ın yarımmüdafiəçisi Kees Smit İtaliya klublarının diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, gənc futbolçunu "Atalanta" və "Komo" klubları transfer etməyi planlaşdırır.

"Calciomercato"nun yaydığı məlumata görə, sözü gedən oyunçunun transfer qiyməti 20 milyon avrodur.

Qeyd edək ki, Kees Smit Niderland futbolunun gələcəyi hesab olunur.