"Atalanta"da ayrılıq

"Atalanta"ın nigeryalı futbolçusu Ademola Lukman mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb. 

27 yaşlı futbolçu 2022-ci ildən "Atalanta"nın şərəfini qoruyur.

Qeyd edək ki, Lukman bu mövsüm çıxış etdiyi 28 oyunda rəqib qapılarından 15 top keçirib.