Atası da, özü də qol vurdu
Avro-2020-nin 1/8 finalında keçirilən İtaliya - Avstriya matçında maraqlı göstərici qeydə alınıb.
Sportline.az xəbər verir ki, italyanların ilk qolunun müəllifi Federiko Kyeza Avropa çempionatları tarxində rekord müəyyənləşdirib.
Məsələ ondadır ki, Federikonun atası Enrike də 1996-cı ildə keçirilən Avropa çempionatında qol vurub.
Bununla da, Enrike və Federiko Kyezo Avropa çempionatında qol vuran ilk ata və oğul olublar. Ata Kyezo Avro-1996-da yeganə qolunu qrup mərhələsində Çexiya millisinin qapısından keçirib.
Xatırladaq ki, İtaliya millisi əlavə vaxtda vurduğu qollarla Avstriyaya qalib gələrək (2:1) 1/4 finala yüksəlib.