“Atletik Bilbao” bu gün “Arsenal”la qarşılaşacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, "Atletik Bilbao" "San Mames"də "Arsenal"la üz-üzə gələcək.
Meydan sahiblərinin heyətində əsas itki İniqo Lekue adı ilə bağlıdır. Niko Uilyamsın durumuna matç saatlarında aydınlıq gələcək.
"Arsenal"da isə itkilərin sayı kifayət qədərdir. Vilyam Saliba, Martin Odeeqard, Bukayo Saka, Qabriel Jesus və Kay Haverts baş məşqçi Mikel Artetanın sərəncamında olmayacaq.
Görüşü latviyalı hakim Donatas Rumsas idarə edəcək.
Qeyd edək ki, "Atletik Bilbao" - "Arsenal" oyunu bu gün Bakı vaxt ilə saat 20:45-də başlanacaq.