“Atletik Bilbao” futbolçusu üçün 70 milyon avro tələb edir
"Mançester Yunayted" "Atletik"in futbolçusu Oyan Sanset üçün təklif göndərib.
Sportline.az xəbər verir ki, İspaniya klubu oyunçusu üçün 70 milyon avro tələb edir.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Sansetin Baskoniya təmsilçisi ilə sözləşməsi 2032-ci ilin yayına qədərdir.
Qeyd edək ki, İspaniya millisinin üzvü cari mövsüm meydana çıxdığı 10 matçda 1 qolla yadda qalıb.