“Atletiko” Alvarez üçün “Barselona” ilə masaya oturmağa hazırdır
Madridin “Atletiko” klubu hücumçusu Xulian Alvarez ilə bağlı “Barselona”nın marağı fonunda transfer üçün əsas şərtlərini müəyyənləşdirib.
Sportline.az “Sport” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçunun klub rəhbərliyinə göstərdiyi təzyiqdən sonra “Atletiko” “Barselona” ilə danışıqlara yalnız aşağıdakı şərtlərlə razı olacaq:
150 milyon avronun birdəfəlik və tam şəkildə ödənilməsi və müqaviləyə hər hansı futbolçunun daxil edildiyi variantının qəbul edilməməsi.
Qeyd edək ki, Xulian Alvarez ötən mövsüm bütün turnirlərdə keçirdiyi 52 oyunda 20 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Argentinalı hücumçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.