"Atletiko" "Barselona"nı darmadağın etdi
İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.
Sportline.az xəbər verir ki, 2-ci oyun günündə "Atletiko" "Barselona"nı qəbul edib. Qarşılaşma Madriddəki "Sivitas Metropolitano" stadionunda keçirilib və Xuan Martines tərəfindən idarə olunub.
Oyunda "Atletiko" "Barselona"nı darmadağın edib - 4:0.
Ötən gecə isə "Real Sosyedad" səfərdə "Atletik"i üstələmişdi.
Qeyd edək ki, cavab görüşləri çərçivəsində "Barselona" - "Atletiko" oyunu Mərkəzi Avropa vaxtı ilə 3 mart saat 21:00-da, Bakı vaxtı ilə 4 mart saat 00:00-da başlayacaq. "Real Sosyedad" - "Atletik" matçı isə Mərkəzi Avropa vaxtı ilə 4 mart saat 21:00-da, Bakı vaxtı ilə 5 mart saat 00:00-da start götürəcək.
İspaniya kuboku, yarımfinal, ilk oyunlar
"Atletiko" - "Barselona" - 4:0
Qollar: Qarsiya, 7-avtoqol, Qrizmann, 14, Lukman, 33, Alvarez, 45+2
Qırmızı vərəqə: Qarsiya, 86 ("Barselona")