"Atletiko" brazilyalı forvardı transfer etməyi düşünür
"Arsenal"ın brazilyalı forvardı Qabriel Jesus karyerasını "Atletiko"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
28 yaşlı hücumçunun dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, Q.Jesus bu mövsüm meydana çıxdığı 20 oyunda 5 qol, 2 asistlə yadda qalıb.